Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, Hüquq elmləri doktoru Hikmət Cavadov Ukraynada yüksək vəzifəyə təyin olunub.
Hikmət Cavadov Ukrayna Ali Radası sədri Ruslan Stefançukun müşaviri təyin edilib.
Qeyd edək ki, Hikmət Əlövsət oğlu Cavadov 1982-ci ildə Bakı şəhərində anadan olub.
O, Bakı Dövlət İniversitetinin hüquq fakültəsinin bakalavr və magistr pillələrini fərqlənmə diplomları ilə başa vurub.
Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) V.M.Koretskiy adına Dövlət və Hüquq İntitutunda 2008-ci ildə hüquq elmləri namizədi, 2018-ci ildə hüquq elmləri doktoru elmi dərəcəsini alıb.
Hazırda UMEA-nın Dövlət və Hüquq İnstitutunun böyük elmi işçisi vəzifəsində çalışır. İki elmi monoqrafiyanın, 40-dan çox elmi məqalənin müəllifidir.