Dövlət qurumlarında 54 vəzifənin tutulması üçün müsahibə elan olunub.
Bu barədə Pravda.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Daxili müsahibə elan edilən vəzifələrin 41-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 13-ü B növü vəzifələrə (inzibati icraçı) aiddir.
Ümumilikdə isə İqtisadiyyat Nazirliyində 14, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 8, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 7, Dövlət Statistika Komitəsində 5, Elm və Təhsil Nazirliyində 4, Gənclər və İdman Nazirliyində 3, Maliyyə Nazirliyində 3, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 2, Diasporla İş üzrə Dövlət Komitəsində 2, Milli Arxiv İdarəsində 2, Hesablama Palatasında 1, Kənd Təsərrüfatı Nazirliyində 1, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 1 və Əqli Mülkiyyət Agentliyində 1 vakant vəzifə daxili müsahibə elanına çıxarılmışdır.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Mərkəz tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.