Azərbaycan Mərkəzi Bankının (qısaca – AMB) uçot dərəcəsini artırması inflyasiyaya nəzarət və bankların kredit siyasətinə kəskin müdaxiləsidir.
Bunu Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Odər Qəni bildirib.
Azərbaycan Mərkəzi Bankının (qısaca – AMB) uçot dərəcəsini artırması inflyasiyaya nəzarət və bankların kredit siyasətinə kəskin müdaxiləsidir.
Bunu Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Odər Qəni bildirib.
Onun sözlərinə görə, AMB-nin uçot dərəcəsini 8.75%-dən 9%-ə artırması inflyasiya həddinə nəzarət etməklə yanaşı, kiçik bankların sıradan çıxması və orta bankların kiçilməsi üçün nəzərdə tutulub: “Hazırda əhalinin banklardakı əmanəti kredit qoyuluşlarından 60% və ya 8 milyard 74 milyon 200 min manat azdır. AMB-nin uçot dərəcəsini artırması isə Mərkəzi Bankın banklara verdiyi kredit faizlərinin artırılmasına xidmət edir. Nəticədə Azərbaycanda fəaliyyət göstərən 25 bankın əhaliyə verdiyi kreditlərdə də artım olacaq. Bununla da əhalinin kredit əlçatanlığı azalacaq və əmanətlərlə kredit qoyuluşları arasındakı fərq minimuma enəcək. Ötən il ərzində 3 dəfə toplamda 0.75% uçot dərəcəsi artıran AMB bu ilin 5 ayı ərzində artıq 2 dəfə toplamda 0.5% artım edib. Bu qərar sırf bankların Mərkəzi Bankdan çox kredit almamasına xidmət edir. Hazırda bazarda olan kiçik və orta bankların depozit qəbulu üzrə illik faizləri 10% civarındadır. Buna görə də bankların əhalidən depozit almaq əvəzinə, Mərkəzi Bankdan kredit alması bankın gəlirliyini xidmət göstərir. Mərkəzi Bank isə uçot dərəcəsini artıraraq bunun qarşısını alır”.
Ekspert yaxın aylarda Mərkəzi Bankın yenidən toplanaraq uçot dərəcəsini 0.25% bəndi artıracağını proqnoz edir, çünki uçot dərəcəsinin artırılması inlfyasiyaya nəzarət etməklə yanaşı, kiçik bankların da sonunu gətirəcək: “Hazırda Mərkəzi Bankın məngənəsi arasında ilişib qalan kiçik banklar yaxın illərdə lisenziyasını itirəcək və orta bankların kiçilərək onları əvəzə edəcəyi gözlənilir”.