“Məşədi Dadaş məscidindən hamı çıxıb gedib. Hətta Hacı Şahinin orada qurduğu bir heyət də vardı - xidmətçilər - hamı gedib. İnanmıram ki, Məşədi Dadaş məscidi əvvəlki kimi ola, Ramazana, Aşuraya gələlər. Ramazanda insanlar Məşədi Dadaşa gəlirdilər, çünki orada Hacı Şahini əvəz edən insanın Hacı Şahinin əlindən su içən, ondan faydalanan biri olduğunu hər kəs bilirdi. Nə bilim... Bu, mənim üçün “Hacı Şahini iki dəfə itirdik” deməkdir”.
Bu sözləri Pravda.az-a müsahibəsində tanınmış rejissor Kənan Mahmudov (MM) deyib.