Milli Məclisin deputatı Fazil Mustafa “Azərbaycan Vəkilliyinin 100 illiyi” (1919-2019) yubiley döş nişanı ilə təltif edilib.
Fazil Mustafa təltif edildi
Pravda.az xəbər verir ki, bu barədə deputat özü məlumat yayıb.
"Bu gün Azərbaycan Vəkillər Kollegiyasının sədri hörmətli Anar Bağırov dəyərli həmkarları Muxtar Mustafayev və Pərviz Ələkbərovla birgə məni ziyarət etdilər. Kitabxanama Aşıq Ələsgərin üç cildliyini bağışladılar. Vəkil institutuna hər zaman verdiyim dəstəyi yüksək qiymətləndirdiklərini bildirib şəxsimi “Azərbaycan Vəkilliyinin 100 illiyi” (1919-2019) yubiley döş nişanı ilə təltif etdilər. Vəkillər Kollegiyasının dəyərli təmsilçilərinə səmimi davranışıarına və diqqətlərinə görə öz dərin minnətdarlığımı bildirdim", - F.Mustafa qeyd edib.