Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Elmar Məmmədyarov: “Moskvada gözləyirlər ki, Vaşinqton görüşü hansı nəticə ilə bitəcək…”

1 017
Paylaş:
Elmar Məmmədyarov: “Moskvada gözləyirlər ki, Vaşinqton görüşü hansı nəticə ilə bitəcək…”

“Gərək, ilk növbədə xarici işlər naziri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında ABŞ-da keçirilən danışıqların nəticəsini izləyək, sonra Ermənistanla Azərbaycan arasında sülh sazişinin nə vaxt imzalanacağı barədə məsələni şərh edək. Çünki əvvəldən demək çətindir. Mən xarici işlər naziri olduğum vaxtlarda Ermənistan XİN rəhbəri ilə bir neçə dəfə görüşmüşdüm. On altı ildən artıq idi ki, danışıqlarda iştirak edirdim. Hər dəfə görüş keçiriləndə gözləyirdik ki, hansısa nəticə olacaq. Əfsuslar olsun ki, sülh yolu ilə alınmadı, nəticədə 44 günlük müharibədən sonra Azərbaycan məcburi şəkildə, hərbi yolla öz torpaqlarını azad etdi. Buna görə də bir az səbirli olaq, nəticələri gözləyək”.

Bu sözləri Pravda.az-a müsahibəsində Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

E.Məmmədyarov ABŞ-ın Ermənistanla Azərbaycan arasında aparılan danışıqlarda fəallıq göstərməsi fonunda Rusiyanın mövqeyini, eləcə də Qarabağda təxribatların olma ehtimalını isə belə dəyərləndirib: “Hər şey ola bilər. Prosesi izləmək lazımdır. Əlbəttə ki, Ermənistanda revanşist qüvvələr, Qarabağda separatçılar sülhə nail olunmasını istəmirlər. Buna görə də nə istəsəniz, gözləmək mümkündür. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova artıq Moskvanın mövqeyini səsləndirdi. Onlar gözləyirlər ki, Vaşinqton görüşü hansı nəticə ilə bitəcək. Artıq məlumdur ki, xarici işlər nazirləri səviyyəsində Moskvada da görüş keçiriləcək”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər