Otuzillik işğal onlara (Ermənistana – red.) heç bir üstünlük vermədi. Əksinə, onlar regional inkişaf proseslərindən təcrid edildilər. Onlar rəsmən, lakin faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirdilər.
Pravda.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda ABŞ-ın Prinston Universitetindən olan Maykl Reynoldsun sualına cavabında söyləyib.