Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Xaçmazda qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Nadir Səmədovun (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın etdiyi məlumata görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin höküm ilə ona şərti cəza verilib.
İttihama görə, 12 avqust 2022-ci il tarixdə Xaçmaz rayonunun Ağtala kəndində qeydə alınıb.
Belə ki, Nadir Səmədov evdə həmkəndlisi, zərərçəkmiş Saqif Nəbiyevlə (şərti) birlikdə spirtli içki qəbul edib. Sərxoş olduqdan sonra o, yatıb. Nadir 13 avqust 2022-ci il tarixdə, saat 01 radələrində arvadının yatdığı otaqdan səs gəldiyini eşidib. Yuxudan oyanıb onun olduğu otağa keçəndə arvadı ilə Saqifin cinsi əlaqədə olduğunu görüb. Daha sonra o, həmin otaqdakı masanın üstündən götürdüyü mətbəx bıçağı ilə Saqifin sol gicgah və qarın nahiyələrindən qəsdən vurub.
Hadisədən sonra Nadir DİN-nin "102" xidmətinə zəng edib məlumat verib.
Kamal Məmmədov