Xəbər verdiyimiz kimi, aprelin 29-da Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarovun idman məşqçisi Mehman Xəlilov tərəfindən kobud davranış nəticəsində ölməsi ilə bağlı görüntülər yayılıb.
Mərhum azyaşlının anası və xalası Fəridin ölümündə təqsirləndirilən M.Xəlilovun narkotik istifadəçisi olduğunu iddia edib.
