"Hamımız əlimizdən gələni etdik ki, tamaşaçı, müğənni efirdən qaçsın. Sanki bunun üçün çox çalışdıq. Kimin üçünsə reytinq hər şey deməkdir: bu efirdə, instaqramda, digər sosial şəbəkələrdə ola bilər. Ancaq adı hallansın istəyir. Mən isə düşünürəm ki, nə qədər çox görünüb, danışıramsa yaxşı deyil. Canlı açım oturum? Axı mən digərinə baxanda qıcıq yaradır. Adam deyir ki, bezdim". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Kamilə Babayeva "Özəl" proqramında qonaq olarkən deyib. Aparıcı tamaşaçıların televiziyanı izləməməsindən, sosial şəbəkədə məşhur olanlardan danışıb:
"Çoxları bu zəncirin qurbanı oldu. Bir dövr bitdi, digəri başladı. Bu dövr isə sponsor, pul, bazar iqtisadiyyatı oldu. Əgər sənin maddi durumun buna imkan vermirsə, veriliş edib pul qazana bilmirdin. İndi bu da ələnir... Mən reytinqə getmədim".