Dostları ilə balıq tutarkən yoxa çıxan kişi barədə qorxunc xəbər Avstraliyada gündəmə çevrilib. Belə ki, Kevin Darmodinin cəsədinin qalıqları timsahın mədəsində tapılıb.
Məlumata görə, təcrübəli balıqçı Şimali Kvinslenddə timsahların sıx məskunlaşdığı ərazidə itkin düşüb. Hamin ərəfədə onunla birlikdə ərazidə olan dostu hadisə vaxtı qışqırıq və suyadüşmə səsi eşitdiyini bildirib:
“Qaça-qaça gəldim, amma ondan əsər-əlamət yox idi. Təkcə sahildə əşyaları qalmışdı”, - deyə balıqçının dostu bildirib.