Abşeron rayonunda avtobusla piyadanı vuraraq öldürməkdə təqsirləndirilən Ağaqulu Ağaquliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Aynur Rzayevanın icraatına verilib.
Məhkəmənin hazırlıq iclası mayın 16-na təyin edilib.
Qeyd: Hadisə Abşeron rayonunun Masazır qəsəbəsində baş verib.
Belə ki, Ağaquliyev Ağaqulu Məhərrəm oğlu idarə etdiyi "Daewo" markalı marşrut xətti avtobusu ilə Masazır qəsəbəsi "Zəngilan şəhərciyi" ərazisində hərəkətdə olarkən piyada Bağırov Ümidvar Məhəmməd oğlunu vurub hadisə yerindən qaçıb.
Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Aparılan araşdırmalarla müəyyən edilib ki, sürücü A.Ağaquliyevin avtobusu idarəetmə hüququ yoxdur.
Faktla bağlı cinayət işi başlanıb.
Kamal Məmmədov