May ayının 3-də saat 12:50-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin texniki müşahidə məntəqəsi tərəfindən Xəzər dənizində İrandan orta klassik xətti keçərək şimal istiqamətinə hərəkət edən naməlum hədəf aşkar edilib və texniki nəzarətə götürülüb.
Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Sahil Mühafizəsinin texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin cənub istiqamətində İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.