Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Nazarbayevin keçmiş gəlini 7 il azadlıqdan məhrum olunub

957
Paylaş:
Nazarbayevin keçmiş gəlini 7 il azadlıqdan məhrum olunub

Bu gün Astana məhkəməsi Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Gülmira Satıbaldının keçmiş həyat yoldaşı Gülmira Satibaldı qanuna tabe olmamaqda və adam oğurluğunda təqsirli bilib.

Məhkəmə onu 7 il müddətinə azadlıqdan məhrum edilib.

"Satibaldı Gülmira təqsirli bilinsin və əmlakı müsadirə olunmadan 7 il müddətinə azadlıqdan məhrum edilsin", - prosesə sədrlik edən hakim Kemenger İmaşev hökmü elan edərkən deyib.

Bundan başqa, məhkəmənin hökmünə əsasən, dövlət başçısına Gülmira Satıbaldının dövlət mükafatı - “Kurmet” ordenindən məhrum edilməsi ilə bağlı təqdimat veriləcək.

İş üzrə ikinci təqsirləndirilən şəxs Madi Batırşayev də təqsirli bilinərək əmlakı müsadirə olunmadan 7 il, onların digər şəriki Rəşid Utebekov isə əmlakı müsadirə olunmadan 5 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Gülmira Satıbaldı Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu olan Kayrat Satıbaldının keçmiş həyat yoldaşıdır və “Forbes Kazakhstan” jurnalına görə ölkənin ən nüfuzlu iş adamları siyahısına daxil edilib./APA

Paylaş:

Ən son xəbərlər