“Prezident İlham Əliyev İranla bağlı ötən gün mesajlar verdi. Düşünürəm ki, İranla Azərbaycan arasında gərginlik artmayacaq. Eyni zamanda yaxın gələcəkdə münasibətlərin daha yaxşı səviyyəyə qalxması da görünmür. Bizim mövqeyimiz kifayət qədər prinsipial və qətidir. Azərbaycan mövqeyini dəfələrlə bildirib. İranın Ermənistana yardımları, İrəvanla münasibətlərini daha da yaxından qurması, xüsusilə müharibə zamanı və müharibədən sonra Ermənistana silah-sürsat daşıması, Tehrandakı Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktı, nəticələrinin ört-basdır edilməsi - bütün bu məqamları görürük və təhlil edirik”.
Bu sözləri Pravda.az-a açıqlamasında politoloq, sabiq diplomat Fikrət Sadıqov deyib.
