Qarabağda 44 günlük müharibə zamanı ölən əsgərlərin valideynləri İrəvanda hökumət binası qarşısında etiraz aksiyası keçirirlər.
Pravda.az xəbər verir ki, onlara müxalifət üzvləri Zarui Postancyan və Naira Zoqrabyan, həmçinin “Müstəqillik Hərəkatının” lideri, Vayots Dzoru vilayətinin keçmiş qubernatoru Edqar Qazaryan qoşulub.
Etirazçılar Baş nazir Nikol Paşinyanın çərşənbə günü parlamentdəki çıxışına öz etirazlarını bildirmək üçün hökumət binasının qarşısına gəliblər. İştirakçılar Paşinyanın Qarabağ məsələsi ilə bağlı açıqlamalarına, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması prosesinə dair açıqlamalarına etiraz ediblər.