Gün ərzində ən vacib qidalar şübhəsiz səhər yeməyində yeyilənlərdir. Xüsusilə günə daha canlı və gümrah başlamaq üçün səhər yeməyi mütləq yeyilməlidir. Ancaq səhər yeməyində yediyimiz qidalarda diqqətli olmaq lazımdır. Belə ki, bəzi qidalar kifayət qədər zərərli ola bilər. Hətta bu qidaları səhər yemək bəzən göz zəifləməsi, xərçəng, ürək-damar kimi xəstəliklərin yaranmasına şərait yaradır.
Lent.az xəbər verir ki, çox adam tamam boş mədəyə nə yeməli olduğunu bilmir. Məsələn, bəziləri səhər oyanan kimi yeməkdən əvvəl qəhvə, yoqurt və portağal şirəsi içir. Bu isə düzgün deyil. Səhərlər ac qarına sadəcə su içmək məsləhətdir.
Səhər yeməyində yeyilməməli olan qidaları təqdim edirik:
Pomidor C vitamini və bir çox digər qida maddələri ilə doludur. Lakin pomidorun tərkibində tannik turşusu olduğundan onları acqarına yeməkdən çəkinmək lazımdır. Bu turşu mədənizdə turşu miqdarının artmasına səbəb olur. Bu da mədədə müəyyən ağrıların yaranmasına gətirib çıxarır.
Qazlı içkilər
Bir çox insanlar günün istənilən vaxtında sərinləşdirici içkilər içməyi xoşlayırlar. Ancaq bu tövsiyə edilmir. Əsasən də səhər yeməyini yemədən qazlı içkilər içdiyiniz zaman mədəniz şişə bilər. Daha da pisi, mədədəki turşu səviyyəsi çoxalacaq. Qazlı içkilər bu rejimdə uzun müddət istifadə edilərsə, yemək borusu xərçəngi ilə nəticələnə bilər.
Xəmir yeməklər