Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda narkotik qəbul etdiyi deyilən yeniyetmənin kimliyi bilindi - VİDEO

1 029
Paylaş:
Bakıda narkotik qəbul etdiyi deyilən yeniyetmənin kimliyi bilindi -     VİDEO

Narkotik istifadə etdiyi iddia olunan yeniyetmənin kimliyi məlum olub. Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Komitənin mətbuat katibi Teymur Mərdanoğlu qeyd edib ki, sosial şəbəkələrdə görüntüləri yayılan yeniyetmənin adı Ruslandır:

“Ruslan komitə tərəfindən iki dəfə müalicə müəssisəsinə yerləşdirilib. Müalicə dövrü bitdikdən sonra ailəsinə təhvil verilib. Görünür, müəssisədən çıxandan sonra yenidən narkotik istifadəsinə davam edir. Hazırda polis Ruslanın yerinin müəyyən edilməsi istiqamətində iş aparır. Əvvəllər bəlli bir yerdə - Nizami metrosu ətrafında olurdu. İndi isə yerini dəyişdiyi görünür. Polis onu tapan kimi yenidən müalicə müəssisəsinə yerləşdirməyə cəhd edəcəyik”.

Paylaş:

Ən son xəbərlər