Ağstafanın həbsdə vəfat etmiş sabiq icra başçısı Nizaməddin Quliyevin cinayət işi əmlaklarla bağlı hissədə yenidən araşdırılıb. APA-nın əldə etdiyi xəbərə görə, Gəncə Apellyasiya Məhkəməsində prokurorun protesti ilə yenidən baxılan iş üzrə qərar elan olunub.
Hakim Salman Hüseynovun sədrlik etdiyi hakimlər heyəti birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Qərara əsasən, Nizaməddin Quliyevin 600 min manatlıq əmlakı yenidən müsadirə olunub.
Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nizaməddin Quliyevin 600 min manatlıq əmlakı müsadirə olunub. Lakin Gəncə Apellyasiya Məhkəməsi əmlakların müsadirədən azad olunması ilə bağlı qərar edib, əmlaklar müsadirədən azad olunub.
Prokuror qərardan kassasiya protesti verib. Ali Məhkəmə protesti təmin edərək, işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarıb.