Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanın nəşi beş gündür xəstəxanadan götürülməyib. Bu barədə Qafqazinfo.az saytı məlumat yayıb. Bildirilib ki, Siyavuş Aslanın oğlu Çingiz Aslan 5 gündür vəfat edib, cənazə Sabunçu Xəstəxanasında qalıb və heç kəs təhvil almır.
Onun bir neçə gün əvvəl Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji Mərkəzində vəfat etməsi məlum olub.