Bakı şəhəri, Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov da azadlığa buraxılıb.
Pravda.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, müğənni Dəniz Əsədovanın yarım milyon manatdan artıq pulunu mənimsəməkdə ittiham edilən baş həkim barəsində məhkəmə yeni qərar verib.
Belə ki, bu ilin fevral ayında barəsində istintaq müddəti üçün 3 aylıq həbs qəti imkanı seçilən R.İsfəndiyarov barəsində yeni qərar qəbul edilib. Sabunçu Rayon Məhkəməsinin yeni qərarı ilə, o, istintaq müddəti üçün ev dustağlığına buraxılıb.