Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev mayın 8-də Pakistanın İslamabad şəhərinə yola düşəcək.
Bu barədə Pravda.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Vitse-spiker burada Pakistan İslam Respublikası Konstitusiyasının qəbul olunmasının 50 illiyinə həsr edilmiş “Mənim Konstitusiyam – mənim azadlıqlarımın zəmanətidir” adlı beynəlxalq konfransda iştirak edəcək.
Səfər çərçivəsində Adil Əliyevin Pakistanın dövlət rəsmiləri ilə görüşləri də nəzərdə tutulur.