Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 12 nəfər ölüb, 31 nəfər xəsarət alıb

842
Paylaş:
Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 12 nəfər ölüb, 31 nəfər xəsarət alıb

Türkiyənin Hatay vilayətində ağır yol-nəqliyyat hadisəsində 12 nəfər ölüb.

Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca tviter hesabında yazıb.

Nazir qeyd edib ki, zəncirvari qəzada 31 nəfər xəsarət alıb. Onlardan 3-nün vəziyyəti ağırdır. Hadisə yerinə 22 təcili yardım maşını cəlb edilib. 

Qeyd edək ki, yük avtomobili əsgərləri yola salan izdihama çırpılıb. Yaxınlıqda olan iki mikroavtobus da zərbənin təsirindən yanmağa başlayıb./Report

Paylaş:

Ən son xəbərlər