Mayın 7-si saat 08 radələrində Masallı rayon sakini 1975-ci il təvəllüdlü Sədaqət Səfərovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Masallı rayon prokurorluğundan Pravda.az-a verilən xəbərə görə, aparılmış araşdırmalarla 1964-cü il təvəllüdlü Gülağa Bəndəliyevin aralarında yaranmış mübahisə zamanı rayonun Təzə Alvadı kəndi ərazisində bıçaqla Sədaqət Səfərovaya xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra isə özünə xəsarətlər yetirərək intihara cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.