Samuxda qəzada ölən şəxs təqaüddə olan polis olub.


Pravda.az-ın məlumatına görə, dünyasını dəyişən 1977-ci il təvəllüdlü Elmar Əsgərov Samux Rayon Polis şöbəsində çalışırmış. O bir müddət əvvəl təqaüdə çıxıb. 


Qəza zamanı 1970-ci il təvəllüdlü Nəbiyev Bəhman Həsən oğlu və 1977-ci il təvəllüdlü Nəbiyev Zaur Fikrət oğlu xəsaərt alaraq xəstəxanaya yerləşdiriliblər. Onlardan Z.Nəbiyevin vəziyyətinin ağır olduğu bildirilir. 


Məlumata görə, qəzaya düşənlər toydan qaydırmış.


Faktla bağlı araşdırma aparılır./Unikal