Sənətçi Nazilə Səfərli ötən gün qətlə yetirilən tanınmış həkim Türkanə Gündüzlə bağlı ilginc faktlar açıqlayıb.
Musavat.com bildirir ki, sənətçi "İnstagram" sosial şəbəkəsində paylaşdığı videoda bildirib: "Onunla kitabının təqdimatında tanış olmuşdum. Təqdimat mənə həvalə olunmuşdu. Bununla bağlı danışığa gedəndə gördüm ki, Türkanə həkim iki qızı və həyat yoldaşı ilə gəlib. Bu mənə qəribə gəlmişdi ki, danışığa niyə belə külfətlə gəlib. Sonradan başa düşdüm ki, əri bunu qaraba-qara, addım-addım izləyir. Təqdimatda da bunu müşahidə etdim. Əri heç bir əsası olmadan, "takıntılı" olaraq qısqanırdı".
Nazilə Səfərli zamanında mərhumun anası tərəfindən zorla ərə verildiyini deyib: "Əri bilirsiniz nəyi qəbul edə bilmirdi? Türkan ərə gedəndə savadsız olub, daha sonra yüksəlib. Anası çox erkən yaşda onu zorla ərə verib, kişi çox imkanlı olduğu üçün".