Sankt-Peterburqda avtomobil idarə edən qadın pedalları qarışdıraraq ticarət mərkəzinin divarına çırpılıb.
Qadın maşını “Zanevski kaskad” ticarət mərkəzinin qapalı dayanacağına daxil edib, lakin o, maşını saxlaya bilməyib.
Bir anda onun avtomobili kəskin şəkildə sürətlənib və dayanacaqla geyim mağazası olan alış-veriş sahəsi arasındakı divarı uçurub.