Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhərindən rayon ərazisinə gələrək odlu silah satmaqda şübhəli bilinən şəxs salxanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlərlə Bakı şəhər sakini Ruslan Zalıyev saxlanılaraq polis şöbəsinə gətirilib. Üzərinə baxış zamanı marixuana və metamfetamin aşkarlanan R. Zalıyevin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Tovuz rayonuna satmaq üçün gətirdiyi avtomatın yeri də məlum olub.