Türkiyənin məşhur "Söylemezsem olmaz" verilişində müğənni Günel Zeynalova ilə bağlı iddia səsləndirilib.
Proqramda təqdim edilən süjetdə Günelin iş adamı, keçmiş nişanlısı Reza Zərrabla barışdığı bildirilib. Buna səbəb isə Mayamidə istirahətdə olan Günelin paylaşımına "Dəli-doludur, "R", qəlbim" şərhini yazaraq ürək emojiləri qoyması olub.
Aparıcılardan olan Pınar Eliçe "Günel Rezaya qayıdarsa, böyük qalmaqal olar. Bəzən məşhurları başa düşmürəm. Günel də Reza da özəl həyatlarından danışılmasını istəmirlər. Zəng vurub, niyə danışdınız deyirlər. Bir tərəfdən də Günel bir "R" yazır və beyinləri qarışdırır. Günel, əgər məni izləyirsənsə, sınaqdan keçirtdiyini yenidən sınamayacaqsan. Daha çox üzülüb geri dönərsən. Keçmiş bir enerjiyə enerji xərcləməkdənsə, yeni qapılar açaram. Bu qızın gəlinliyi asılı qaldı. Yenidənmi, aldatılsın? Rezanın Günelə hiss etdiyi vicdan ola bilər? Günel, sən necə bir dağıntının altından ayağa qalxdığının fərqindəsən? İndi Günel güclüdür, Rezaya qayıtmasına ehtiyac yoxdur" sözlərini söyləyib.