Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə günahlandırılan İlkin Süleymanovun qardaşı Adil Süleymanov məhkəmə prosesindən danışıb.
Pravda.az xəbər verir ki, bu barədə o, “Sherg.az”a açıqlama verib.
A. Süleymanov sonuncu məhkəmədə öz yaxınları ilə Nərminin ailəsi arasındakı münaqişənin səbəbindən söz açıb:
“Məhkəmə oldu. prokuror İlkinə 20 il iş istədi. Mən qohumlarıma demişdim ki, bu prokurorun iradəsi çərçivəsində deyil. Ümumiyyətlə iş başdan saxta qurulub. Qohumlarıma dedim ki, prokuroru günahlandırmağın mənası yoxdur. Lakin Nərminin atası Şərif Quliyevə söz verdilər, o da bildirdi ki, 20 il azdır. Onun bu sözünə qohumlarımız pis oldular. Mübahisə düşdü, mən də maksimum çalışdım ki, sakitləşdirim. Amma Şərifin davranışlarına görə təkrar mübahisə etdilər. Jurnalistlər də çəkdilər. Bu problemlə bağlı onların valideynlərinin nə qədər ziddiyyətli ifadələr verdikləri işin içində də var. Biz Şərifin İlkinə qarşı davranışını qəbul etmirik.
Əgər lazım olsaydı, o, qızının cinayəti ilə bağlı ciddi sualların araşdırılmasını tələb edərdi. Bunu tələb etmirsə, onun üçün nə İlkin, nə də başqası maraqlıdır. Açıq-aşkar görünür ki, ona kimin həbs olunması maraqlı deyil. Nərminin valideynlərinin o qədər ciddi şübhə doğuracaq, ziddiyyətli ifadələri var ki. Bu, cinayət işinin içindədir. Çox təəssüf ki, bunlara qiymət verilmədi. Hətta nənəsi gələndə hakim ona veriləcək suallara imkan vermədi. Bir çox sualı çıxardı, imkan vermədi ki, cavab verilsin. Bu cinayət işinin ədalətli araşdırılmasını görmürük. Prokurorluğun mövqeyini də bilirik. Oxuduğu əsaslar adama qəribə gəlir. Bu cür əsaslarla, belə bir cinayət işləmək olarmı? Bu artıq Azərbaycan Respublikasının vətəndaşlarına zülmdür. Bizi həbs edəcəkləri ilə hədələyiblər. Məni də, əmim oğlunu da bununla təhdid ediblər. Lakin bizi öldürsələr də, doğrasalar da, həbs etsələr, cəmiyyətdən təcrid etsələr də, mübarizəmizi aparacağıq. Çünki haqq-ədalət var. Biz də haqq-ədalətin ortaya çıxması, 11 yaşlı Nərmin Quliyevanın haqlarını müdafiə edərək bu mübarizəni aparırıq. Allahdan istəyirik ki, bu saxtakarlar üzərində qələbə çalaq”.
İ. Süleymanovun qardaşı söyləyib ki, Nərminin anası bir müddətdir proseslərdə iştirak etmir: