Bərdədə kütləvi dava olub.
Pravda.az-ın xəbərinə görə, hadisə rayonun Köbər kəndində qeydə alınıb. Kənd sakini Baxşeyiş Quliyev yaxın qohumları - Zaur Quliyev, Orduxan Quliyev, Ağa Quliyev, Vaqif Quliyev, Sərxan Quliyev, İntiqam Quliyevlə birgə sərxoş halda həmkəndliləri - Ədalət Əliyev və yaxın qohumları- Kənan Əliyev, Sərdar Əliyev, Aydın Əliyev, Etibar Əliyev, Elşad Süleymanovu yumruqla, ağacla, dəmir parçaları ilə vuraraq müxtəlif bədən xəsarətləri yetiriblər.