Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Vəzifə başında çənəsi qırılan qazinin son durumu açıqlandı

880
Paylaş:
Vəzifə başında çənəsi qırılan qazinin son durumu açıqlandı

Vəzifəsinin icrası zamanı hücuma məruz qalan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı Namiq Babayevin son durumu açıqlanıb.

Kliniki Tibbi Mərkəzdən bildirib ki, N.Babayev alt çənə sümüyünün ikitərəfli sınığı diaqnozu ilə tibb müəssisəsinin Üz-çənə cərrahiyyəsi şöbəsinə yerləşdirilib.

Qeyd olunub ki, onun əməliyyatı uğurla icra olunub. Hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir.

Xatırladaq ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə qazının çənəsini sındıran döyüş növləri üzrə peşəkar idmançı, Vətən müharibəsi iştirakçısı Rəvan Nəbizadə 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Paylaş:

Ən son xəbərlər