Bakıda qətl törətməkdə təqsirləndirilən Rəhimə Həşimovanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsimə göndərilib.
Cinayət işi hakim Mahmud Ağalarovun icraatına verilib.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı məlum deyil.
Qeyd: Bu il yanvarın 6-sı saat 04 radələrində paytaxtın Xətai rayonu ərazisində 1966-cı il təvəllüdlü Rəhimə Həşimovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.
Məlumata görə, aparılmış araşdırma zamanı zərərçəkmişin əri 1961-ci il təvəllüdlü İlham Həşimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Rəhimə Həşimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, İlham Həşimov iş üzrə şübhəli şəxs qismində tutulmuşdur.
Kamal Məmmədov