Bakıda 73 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, mayın 8-də paytaxtın Nizami rayonunda saat 17:30 radələrində 1950-cı il təvəllüdlü Fərman Feyzulla oğlu Hüseynovun küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.