Yaxın vaxtlarda Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun birinci müavini vəzifəsinə yeni təyinat gözlənilir. 32gun.az-ın əldə etdiyi məlumata görə, həmin vəzifəyə hazırda Salyan RİH-nin Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanı ilə iş şöbəsinin müdiri vəzifəsində çalışan Vahid Vahidov gətirilir.
Əldə etdiyimiz məlumata görə, Vahid Vahidov Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun yaxın qohumudur. Vahid Vahidovun yeni vəzifəyə Vaqif Axundovun təqdimatı ilə gətiriləcəyi deyilir.