Ağsu Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ənvər Seyidəliyevin oğlu Dəyanət Seyidəliyev "Şərurlu İsfəndiyar" kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundova məxsus "Şərur” Mənzil-Tikinti Kooperativindən (MTK) əmlak tələb edir.
Pravda.az Qaynarinfo-ya istinadən xəbər verir ki, keçmiş icra başçısının oğlu bu məqsədlə məhkəməyə müraciət edib.
Birinci instansiya məhkəməsi Dəyanət Seyidəliyevin iddiasını təmin etməyib. O, apellyasiya şikayəti verib. Artıq iş üzrə hakim təyin edilib. Dəyanət Seyidəliyevin şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Akif İsgəndərovun sədrliyi ilə baxılacaq.
İşin detalları barədə açıq mənbələrdə məlumat yoxdur.
