Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, keçmiş XTQ mənsubu, “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilmiş qazi Namiq Babayev işinin icrası zamanı vətəndaş Rəvan Nəbizadə tərəfindən hücum qalaraq çənəsinin sındırılması ilə nəticələnən hadisənin detallarını açıqlayıb. Yenisabah.az xəbər verir ki, bu barədə o yaxın ətrafına bildirib.
Namiq Babayev bildirib ki, Rəvan Nəbizadə ona qəflətən yumruq atıb: “Əgər mən bilsəydim ki, o məni vuracaq o zaman tədbir görərdim. Rəvan Nəbizadə Vətən Müharibəsinin qazısı olduğunu bildirərək ona əlillik dərəcəsi verilməsini tələb edirdi. Lakin bunu çox qeyri-etik formada həyata keçirməyə çalışırdı.
Qəbul otağında böyük səs-küy yaratmışdı. Həmçinin nümayişkaranə şəkildə vətəndaşlar üçün nəzərdə tutulmuş yerdə deyil, gəlib Agentliyin xanım əməkdaşının yerində əyləşdi.