Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Qardaşlardan birini öldürüb, digərini yaralayan şəxslə bağlı QƏRAR

784
Paylaş:
Qardaşlardan birini öldürüb, digərini yaralayan şəxslə bağlı     QƏRAR

Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Sərxan Dadaşovun barəsindəki barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərxan Dadaşov 10 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd: Hadisə 2021-ci ilin sentyabrında paytaxtın Qaradağ rayonunda baş verib.

Lökbatan qəsəbəsi ərazisində 24 yaşlı S.Dadaşov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qəsəbə sakinləri - 23 yaşlı Kamil Cəfərovu öldürüb, onun qardaşı 20 yaşlı Samir Cəfərova isə bıçaqla xəsarət yetirib.

Daha sonra S.Dadaşov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırlatma: Qətli törətməkdə şübhəli bilinən S.Dadaşovun taksi sürücüsü kimi fəaliyyət göstərdiyi, hadisənin qurbanı olan iki qardaşın isə ofisiant işlədiyi bildirilir.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər