Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Məhkəmə Bakıda tanışını bıçaqlayan şəxslə bağlı qərar verdi

846
Paylaş:
Məhkəmə Bakıda tanışını bıçaqlayan şəxslə bağlı qərar verdi

Ali Məhkəmədə xuliqanlıq niyyətilə tanışını bıçaqlamaqda təqsirləndirilən Telman Fərəcovun barəsindəki barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Telman Fərəcov 6 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib.

İttihama görə, hadisə paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsində baş verib.

30 yaşlı Fərəcov Telman İlham oğlu şəxsi münasibətlər zəminində 43 yaşlı Talışov Cavid Dursunəli oğlunun qarnına bıçaqla xəsarət yetirib.

Nəticədə C.Talışov ağır xəsarətlə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər