Martın 29-da Bakının mərkəzində avtoşluq edib işıqforun qırmızı işığında keçərkən qəza törədən 90 ZO 211 nömrəli "Galendewagen" markalı avtomobilin sürücüsü həbs edilib.
Pravda.az-ın xəbərinə görə, maşının sürücüsü Rüfət Qocayev boksçu olduğunu bildirib və məşqə gedərkən yolun solunda yerləşən, dostuna məxsus dükana baxdığı üçün işıqforu görmədiyini deyib. Videonun sonunda deyilən ifadə isə montaj olunub.
"Əməlimdən peşmanam, bir daha belə səhv etmərəm, diqqətsizlik etmişəm", - deyə sürücü bildirib. Bundan başqa, R.Qocayev izahatında atası ilə anasının pensiyaçı olduğunu söyləyib.