Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən İslam dininə aid ibadət yerlərində imam və imam müavini vəzifələrinin tutulması üçün keçirilmiş müsahibələrdə uğur qazanan və təyinat alan din xadimləri ilə görüş keçirilib.
Pravda.az xəbər verir ki, görüşdə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı din xadimlərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra din xadimlərinə tövsiyələrini verən M.Qurbanlı milli-mənəvi dəyərlərin təbliği istiqamətində görülən işlərdə onların üzərinə düşən vəzifələrə diqqət çəkib. Bildirib ki, İslam dininin əsaslarının, məram və məqsədinin olduğu kimi cəmiyyətə çatdırılmasında, həm də ondan hansısa destruktiv məqsədlər üçün istifadə olunmasının qarşısının alınmasında din xadimləri aktivlik nümayiş etdirməli, mənfi tendensiyalara qarşı mübarizədə, ideoloji sahədə aparılan maarifləndirmə işlərində ön sıralarda yer almalıdırlar. Komitə sədri, həmçinin məscidlərdə vəhdət prinsipinə, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvalarına əməl olunmasının vacibliyini vurğulayıb.
Din xadimləri öz növbələrində məscidlərə məhz bu qaydalar əsasında təyinatın həyata keçirilməsindən məmnunluqlarını ifadə edərək, imtahanların obyektiv və şəffaf təşkil edilməsindən razılıqlarını bildiriblər.
Sözügedən din xadimlərinin təyinatı və vəzifələri barədə məlumatı təqdim edirik:
1. Verdiyev Məhəmməd Həsən oğlu - Zaqatala rayonu, "Yengiyan" kənd məscidi (İmam müavini)
2. Qulamov Asif Ərəstun oğlu - Suraxanı rayonu, Qaraçuxur qəsəbə məscidi (İmam müavini)
3. Tahirov Turab Əliqan oğlu - Abşeron rayonu, "Aşağı Güzdək" qəsəbə məscidi (İmam müavini)
4. Səmədov Məcid Ələsgər oğlu - Saatlı şəhəri, “Şeyx Yusif” məscidi (İmam)
5. Babaşov Saleh Zubeyir oğlu - Qəbələ şəhəri, "Səkkizguşəli" məscidi (İmam müavini)
6. Əbdürəhimov Pünhan Qasım oğlu - İsmayıllı rayonu, Lahıc qəsəbəsi "Bədöyün" məscidi (İmam müavini)
7. Aslanlı Ramil Zakir oğlu - Yasamal rayonu, "Hacı Cavad" məscidi (İmam)
8. Əliməmmədov Cəlal Mövlan oğlu - Quba rayonu, "Hacı Hüseynli" kənd məscidi (İmam müavini)
9. Qurbanov Aftandil Kitab oğlu - Astara rayonu, Şuvi kənd məscidi (İmam müavini)
10. Qurbanov Vüqar Ələddin oğlu - Gəncə şəhəri, "Şah Abbas" məscidi (İmam)
11. Mərcanov Mərdalı Muxəmməd oğlu - Şamaxı rayonu, Qaleybuğurd kənd məscidi (İmam müavini)
12. Əlicanov Rahil Abdulbaği oğlu - Sabirabad rayonu, Kovlar kənd məscidi (İmam müavini)