Bakının Nəsimi rayonu ərazisində naməlum şəxslərin bir nəfəri döyərək onun 8512 manat pulunu, sənəd və pul kisəsini ələ keçirmələri barədə polisə məlumat daxil olub.
DİN-dən Pravda.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Xəzər Ələsgərov, Nicat Kərimov, Vüqar İsmayılov və əvvəllər məhkum olunmuş Təhmasib İlyaslı saxlanılıblar.
Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri zərərçəkəni Nəsimi rayonunda yerləşən “pub”lardan birində hesabı ödəyən zaman görüblər. Onun cibində pul olduğunu bildikdən sonra isə zərərçəkəni izləyərək quldurluq yolu ilə həmin vəsaitləri ələ keçiriblər. Dəstə üzvləri pulu Xəzər Ələsgərovun Abşeron rayonunda yerləşən evində aralarında bölüblər.