Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

ABŞ-da azərbaycanlılara hücum edən erməniyə hökm oxundu

780
Paylaş:
ABŞ-da azərbaycanlılara hücum edən erməniyə hökm oxundu

Kaliforniya Ali Məhkəməsi 2020-ci ilin iyulunda dinc aksiya keçirən azərbaycanlılara nifrət zəminində hücum etmiş Hovhannes Sukiasyana bu yaxınlarda hökm oxunub.

Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

A.Hacızadə məhkəmənin qərarını alqışladıqlarını vurğulayıb: “Sukiasyan cinayət məsuliyyətinə cəlb edilib və ona hücumunun qurbanının bütün xərclərini ödəmək tapşırılıb. Ümid edirik ki, dərs çıxarılıb”.

Qeyd edək ki, bundan əvvəl dinc aksiya keçirən azərbaycanlılara hücum etmiş digər erməni - Erik Hakopyana 2021-ci ilin iyununda hökm oxunub.

Paylaş:

Ən son xəbərlər