Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

“Qurtuluş 93”də dostunu zarafata görə döyən şəxsə elektron qolbaq taxıldı

738
Paylaş:
“Qurtuluş 93”də dostunu zarafata görə döyən şəxsə elektron qolbaq taxıldı

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Seymur Əliyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin olunub.

İttihama görə, hadisə 14 iyul 2022-ci il tarixdə, saat 04 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən “Qurtuluş 93” yaşayış kompleksində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Seymur Əliyev dostu, zərərçəkmiş Kamran Həsənovla (soyadı şərti) kompleksin ərazisində söhbət edib. Bu zaman zərərçəkmiş şəxs mənasız zarafatlar edib. Daha sonra o, xuliqanlıq niyyəti ilə Kamranın çənə nahiyəsinə iki dəfə yumruqla vurub. Nəticədə zərərçəkmişə  Seymur dostuna xəsarətlər yetirib.

Onun barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Seymur Əliyevin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər