2016-cı ildə fəaliyyəti dayandırılan ANS telekanalı barədə yeni iddialar yayılıb. Hit.az-ın əldə etdiyi məlumata əsasən, telekanalın fəaliyyəti bərpa oluna bilər.
Bir müddət öncə anspress saytı və ANS ÇM radiosunun 7 il sonra yenidən fəaliyyətə başlaması gündəm olmuşdu. Onların ardınca isə ANS TV-nin də yaxın zamanlarda ekranlara qayıdacağı ehtimalları səsləndirilməyə başlanıb. Üstəlik, ötən ay verilən bir vakansiya diqqət mərkəzinə düşüb. Belə ki, vakansiyada fəaliyyəti bərpa olunan televiziya kanallarından biri aşağıdakı sahələr üzrə işçi axtardığını yazılıb. Maraq üçün qeyd edək ki, aparıcı, redaktor, müxbir, reportyor, prodüser, koordinator, operator, qrafist, montajçı, efir rejissoru, SMM əməkdaşları axtarıldığı bildirilib. Üstəlik, namizədlərdən televiziya təcrübəsinin olmasının mütləq olduğu vurğulanıb.