Türkiyənin Sakarya vilayətində “Gələcək Partiyası İstanbul İl Qadın Qolları”nın sədr müavini Əminə Ercandoğdu təqaüdçü polis Tuncay Güleç tərəfindən öldürülüb. Medianews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qətldən sonra oğlunun məzarına gedən Tuncay Güleç intihar edib.
38 yaşlı Əminə Ercandoğdunun Tuncay Güleçlə 3 il əvvəl ədliyyədə tanış olduğu öyrənilib.
Ərəbcə tərcüməçi olan Əminə Ercandoğdu həm də qara kəmərli kik boksçu və fitnes təlimatçısı olub. Onun 10 il əvvəl ayrıldığı həyat yoldaşından 10 və 12 yaşlı iki övladı olub.
55 yaşlı Tuncay Gülençin də 2 övladı var idi və həyat yoldaşı ilə boşanma prosesində idi. 3 ildir birlikdə yaşayan Gülenç və Ercandoğdu son zamanlar aramsız şəkildə dava edirmiş. Son olaraq cütlük Sakarya Hendekdəki bağ evinə yollanıb. Burada başlayan mübahisə zamanı Tuncay Güleç Əminə Ercandoğduya atəş açıb. Daha sonra avtomobilinə minərək ötən il yol qəzasında dünyasını dəyişən oğlunun məzarına gedərək orada həyatına son qoyub.
Təqaüdçü polis Tuncay Güleç oğlunun ölümündən sonra psixologiyasının normal durumda olmadığı da öyrənilib.