İsveçrənin Cenevrə şəhərinin baş ravvini İzhak Dayan Prezident İlham Əliyevə məktub göndərib.
Pravda.az xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, möhtərəm Prezident İlham Əliyev!
Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.
Müstəqil Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiram əlaməti olaraq onun anadan olmasının 100 illiyi münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Zati-aliləri, son çıxışlarınızın birində çox gözəl vurğuladığınız kimi, “Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olub və bunu zamana, siyasi vəziyyətə baxmayaraq edib. Sovet Azərbaycanı dönəmində hətta ideoloji əngəllər çərçivəsində Ulu Öndər Azərbaycan xalqının maraqlarını qoruyurdu, milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı”.
Cənab Prezident, Sizin müdrik liderliyiniz insanı valeh edir. Zati-aliniz bu gün Ulu Öndər Heydər Əliyevin missiyasını davam etdirir. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla yad edir və Zati-alinizə xalqınıza xidmət işində müdriklik və qüvvət diləyirəm.