Xəbər verdiyimiz kimi, mayın 7-nə keçən gecə Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən bağ evində tanınmış cərrah Türkan Gündüz qətlə yetirilib.
Pravda.az news24.az-a istinadla xəbər verir ki, Türkan Gündüzün aralarında yaranmış mübahisə zəminində həyatı yoldaşı Muhammet Gündüz tərəfindən bıçaqlandığı bildirilir. Təəssüf ki, tanınmış həkim elə hadisə yerindəcə vəfat edib.
