Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib.
Hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, Xətai prospekti 16 ünvanında “VAZ 21011” alovlanmağa başlayıb.
Hadisə yerinə FHN-in DYMX-nin əməkdaşları gəlib. Alovun ətraf əraziyə keçməsinin qarşısı alınıb. İçərisində isə yanıq xəsarətləri alan şəxs aşkarlanaraq Yanıq Mərkəzinə yerləşdirilib.