Bakının Nizami rayonunda yol qəzası baş verib.
Hadisəyə yüksək sürət səbəb olub.
Belə ki, “Range Rover” markalı avtomobilin sürücüsü Qara Qarayev prospektində yüksək sürətlə metronun “Neftçilər” stansiyası istiqamətində hərəkətdə olarkən sükana nəzarəti itirib.
İdaretmədən çıxan “Range Rover” eyni istiqamətdəki “Changan” markalı nəqliyyat vasitəsinə çırpılıb.